“Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələ qərarı yoxdur” – Simonyan


Ermənistan hökuməti noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Fəaliyyəti üzrə 29-cu Sammitində (COP29) iştirak imkanlarını müzakirə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə məlumat verib.
“Ermənistanın Bakıda keçiriləcək COP29 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar yoxdur. Biz bunun Ermənistana hansı faydaları gətirəcəyini müzakirə etməliyik”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top