İsrail hərbçiləri Suriyada maliyyə məsələlərinə cavabdeh olan Livanın “Hizbullah” təşkilatının komandirlərindən birini zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.
Onun sözlərinə görə, əməliyyat “Hizbullah”ın maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.
Onun versiyasına görə, bu maliyyə şəbəkəsi ”Hizbullah” daxilindəki “4400-cü bölmə” tərəfindən idarə olunur.
Haqari qeyd edib ki, yaxın vaxtlara qədər bu bölməyə oktyabrın əvvəlində Beyruta hədəflənmiş zərbə nəticəsində məhv edilən Cəfər Kəsir rəhbərlik edib.
“Bu gün Suriyada növbəti dəqiq zərbə ilə onun varisini məhv etdik. Biz “Hizbullah”ın yenidən qruplaşmasına və yenidən silahlanmasına imkan verməyəcəyik”, - o deyib.