Putin Kazanda kimlərlə görüşəcək?


Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi, Çinin başçısı Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas və BMT-nin baş katibi Antonio Quterreşlə görüşmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, söhbətlər silsiləsi oktyabrın 22-də “Yeni İnkişaf Bankı”nın prezidenti Dilma Russeff, ardınca Modi, daha sonra Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüşlə açılacaq. Bundan əlavə, Si Cinpin, eləcə də Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqların aparılması planlaşdırılır.
“İkinci gün də bir sıra işgüzar görüşlər olacaq, dar və geniş tərkibdə görüşdən sonra prezident İran Respublikasının Prezidenti Məsud Pezeşkian, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşləri planlaşdırılır”, - Uşakov bildirib.
Sammitin üçüncü günündə Putin Abbas, Laos Prezidenti Thongloun Sisoulit, Mavritaniya Prezidenti Mohamed Uld Qazvani və Boliviya Prezidenti Luis Arce ilə görüşməyi planlaşdırır. Daha sonra Quterreş və Vyetnamın Baş naziri Fam Min Trinhlə görüş keçiriləcək.
Uşakov əlavə edib ki, Putinin özü Kazanda keçiriləcək BRİKS sammitinə gələcək bütün dövlət liderləri ilə görüşmək arzusunu ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top