Yamal Messinin uğurunu təkrarladı


“Barselona”nın vingeri Lamin Yamal 10 il əvvəl argentinalı hücumçu Lionel Messinin nailiyyətini təkrarlayıb.
Yeniavaz.com
xəbər verir ki, Yamal İspaniya çempionatının ilk 10 turundan sonra 6 məhsuldar ötürmə edib. 2014/2015 mövsümündə Lionel Messidən sonra “Barselona”nın heç bir oyunçusu bunu bacarmayıb. Belə ki, o mövsümdə argentinalı 10 başlanğıc oyunda 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Barselona”nın yetirməsi 2023-cü ilin aprelində 15 yaş 9 ayında komandada debüt edib. 2023-cü ilin sentyabrında 16 yaş bir ayında futbolçu İspaniya millisində debüt edib. 2024-cü ilin yayında millinin tərkibində Avropa çempionu olub.
“Transfermarkt” portalı “Barselona”nın 17 yaşlı yarımmüdafiəçisi Lamin Yamalın hazırkı transfer qiymətini 150 milyon avro qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top