“Ermənistan hazırda BRİKS-ə qoşulmağı düşünmür” – Qriqoryan


Ermənistan hökuməti indiki mərhələdə BRİKS-ə qoşulmaq məsələsini nəzərdən keçirmir.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, respublika oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək, lakin indi ölkənin BRİKS-ə üzvlük perspektivlərini qiymətləndirmək çətindir.
İndi belə qiymətlər vermək (BRİKS-ə üzvlük perspektivləri nəzərdə tutulur) çox çətindir. BRİKS ətrafında konsolidasiya çərçivəsində daha çox müzakirələr aparılmalıdır ki, siz və mən bunun necə bir proses olduğunu, baş verib-verməyəcəyini anlaya bilək”, - Qriqoryan bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın BRİKS sammitində iştirak edəcəyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, BRİKS beş ölkə qrupu tərəfindən yaradılmış dövlətlərarası birlikdir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika. 2006-cı ildə Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində yaradılıb. Bu il təşkilata Rusiya sədrlik edir.

DİGƏR XƏBƏRLƏR

Top