Qızılın qiyməti tarixi maksimumuna çatıb.
Yeniavaz.com Çikaqo əmtəə birjasına istinadla xəbər verir ki, qızılın qiyməti bir unsiya üçün 2750,9 dollar olub.
Beləliklə, birjada dekabr müqaviləsinin qiyməti 0,77% artıb.
Qızılın qiyməti bir sıra amillərə görə qalxıb. Onların arasında Yaxın Şərqdəki geosiyasi risklər də var. Digər tərəfdən, noyabrın 5-də Donald Tramp və Kamala Harris arasında gərgin yarışın gözləndiyi ABŞ president seçkiləri ərəfəsində qeyri-müəyyənlik etibarlı sığınacaq kimi qızıla tələbatın artmasına səbəb olub.
“Commonwealth Bank of Australia” analitiki Vivek Dhar hesab edir ki, qızıl fyuçersləri 2025-ci ilin dördüncü rübündə bir unsiya üçün orta hesabla 3000 dollara qədər yüksələ bilər.