Bill Qeyts süni intellekt təhlükəsini nüvə silahı və bioterrorizmlə müqayisə etdi


Süni intellektin (AI) yaratdığı potensial təhlükələr bu texnologiyanı nüvə və bioloji silahlarla eyni səviyyəyə gətirir.
Yeniavaz.com
“Daily Mirror” qəzetinə istinadla xəbər verir ki, bu fikri amerikalı milyarder və “Microsoft”un yaradıcısı Bill Qeyts deyib.
“Mən süni intellektin inkişaf sürətini heyrətamiz və bir az qorxulu hesab edirəm”, - deyə o, əlavə edib.
Eyni zamanda, Qeyts etiraf edib ki, süni intellekt yaxşı məqsədlər üçün, o cümlədən təhsil və tibbi xidmətlərə çıxışı asanlaşdırmaq üçün istifadə edilə bilər.
Qeyd edək ki, bundan əvvəl Qeyts “The Independent” qəzetinə müsahibəsində demişdi ki, süni intellekt bəşəriyyətin bütün digər texnoloji və elmi nailiyyətlərindən daha çox cəmiyyəti dəyişəcək və müxtəlif ölkələrin hakimiyyət orqanları bu prosesə müdaxilə etməli olacaqlar.
Onun fikrincə, süni intellekt texnologiyasının “tavanı yoxdur” və gələcək süni intellekt inqilabı bəşəriyyətin tarix boyu inkişafında əvvəlki inkişaflardan fərqli olaraq, cəmiyyətdə daha böyük islahata səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

Top