Delimitasiya üzrə komissiyaların növbəti iclası reqlamentin ratifikasiyasından sonra baş tutacaq


Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının növbəti iclası hər iki ölkədə reqlamentin ratifikasiyasından sonra baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, sərhədlərin delimitasiyası üzrə komissiyanın sədri Mqer Qriqoryan parlamentdə bildirib.
“Azərbaycan tərəfi ilə razılaşmamız belədir: reqlamentin təsdiqlənməsi və bildirişlərin mübadiləsi ilə bağlı daxili prosedurları başa çatdırılması. Sonra növbəti iclası keçirəcəyik və sərhədin sonrakı hissələri ilə bağlı qərar qəbul edəcəyik”, - Qriqoryan qeyd edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top