ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp seçkilərdəki rəqibi, Demokratlar Partiyasından namizəd Kamala Harrisi ad günü münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, siyasətçi bu barədə Pensilvaniyada “McDonald's”a səfəri zamanı öyrənib.
“Kamalanın ad günüdür? Onun 60 yaşı var? Bəli, mən onun doğum gününü təbrik edərdim. Düşünürəm ki, ona gül alacağam. Bəlkə ona kartof alım. ...Mən ona “McDonald's” hamburgeri alaram”, - deyə Tramp zarafat edib.
Qeyd edək ki, siyasətçi prezident seçkilərinə bir neçə həftə qalmış Pensilvaniya ştatında bir gün “McDonald's”da işləməyə qərar verib. İlk işlərindən birinin “McDonald's”da olduğunu deyən Harrisin tənqidi fonunda Tramp özünü mətbəxdə və sifariş qəbulu məntəqəsində sınayıb.