İsrail Livanla sərhəddə hərbi təlim keçirəcək


İsrail Müdafiə Qüvvələri (IDF) bazar ertəsi Livanla sərhəddə yerləşən Nəhariyyə şəhərində hərbi təlimlər keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail silahlı qüvvələri manevrlərin planlaşdırıldığını bildirməyib. Ona görə də, bu, Livanın cənubundakı hərbi əməliyyatla bağlı ola bilər.
Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan ərazisində təşkilatın hərbi hədəflərinə irimiqyaslı hava zərbələri endirib.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top