Moldovanın hazırkı Prezidenti Maya Sandu prezident seçkilərində 41,84%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,35% səs toplayıb.
Yeniavaz.com xəbər verir ki, ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən protokolların 97,88%-i işləndikdən sonra dərc edilib.
“Bizim partiya”nın lideri Renato Usatıy 13,77% səslə ilk üçlüyü tamamlayır. Sonrakı yerdə 5,46% və 4,53% səs toplayan Qaqauziyanın keçmiş rəhbəri İrina Vlax və keçmiş prokuror Viktoriya Furtune, ardınca isə keçmiş baş nazirlər Vasiliy Tarlev (3,24%) və İon Kiku (2,09%) gəlir.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.