Moldovada prezident seçkiləri və referendum keçirilir


Moldovada prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı referendum keçirilib.
Yeniavaz.com
xəbər verib ki, seçici fəallığı səs və plebisitin etibarlı tanınması üçün tələb olunan 33,3%-i keçib.
Qeyd edək, prezidentliyə 11 namizəd mübarizə aparır, o cümlədən respublikanın hazırkı rəhbəri, parlamentin tam dəstəyini alan Maya Sandu.
Onun əsas rəqibi Sandunu Moskva ilə qarşıdurma siyasətinə görə tənqid edən keçmiş baş prokuror Aleksandr Stoyanoqlodur.
Seçkilərlə eyni vaxtda Aİ-yə inteqrasiyanın ölkənin strateji hədəfi elan edilməsi ilə bağlı referendum keçirilir.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda, birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur noyabrın 3-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top