Messi “İnter Mayami” tarixinin bombardiri oldu


Argentinalı hücumçu Lionel Messi Amerikanın “İnter Mayami” klubunun tarixinin bombardiri olub.
Yeniavaz.com
xəbər verir ki, oktyabrın 20-nə keçən gecə klub MLS-in adi mövsümündə “New England Revolution”a 6:2 hesabı ilə qalib gəlib.
Messi bu matçda het-trik edib, buna görə də onun klub üçün 33 qolu olub. Buna nail olmaq üçün o, cəmi 35 oyun keçirib.
Bu göstəriciyə görə Messi 97 oyunda 31 qol vuran Leonardo Kampananı ötüb.
Qeyd edək ki, Messi 2023-cü ilin yayında MLS-də çıxış edən “İnter Mayami”yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top