Bəzi rayonlarda yağış yağır – Faktiki hava açıqlanıb


Oktyabrın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəranda yağış yağır.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 18 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top