Çinli dron istehsalçısı Pentaqonu məhkəməyə verdi


Çinin mülki dron istehsalçısı DJI sanksiyalar siyahısına salındığı üçün Pentaqona qarşı iddia qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, DJI ABŞ Müdafiə Nazirliyinə qarşı Çin hərbi şirkətlərinin səhvən sanksiya siyahısına daxil edilməsinə görə məhkəməyə müraciət edib
Şirkət Çin ordusuna məxsus olmadığını və ona nəzarət etmədiyini vurğulayıb.
Qeyd edək ki, 2020-ci ildə ABŞ Ticarət Departamenti DJI-yə qarşı sanksiyalar tətbiq edib. Departament bunu şirkətin Çin Xalq Azadlıq Ordusu ilə əməkdaşlıq etməsi ilə izah edib.
Beləliklə, Amerika şirkətlərinə texnologiyaları ilə DJI-ni təmin etmək qadağan edilib.
Digər tərəfdən, 2022-ci ildə Pentaqon DJI-ni Xalq Azadlıq Ordusu ilə əlaqəli Çin şirkətlərinin qara siyahısına əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top