Qəzzada bir gündə 20-yə yaxın fələstinli öldü


İsrail qüvvələrinin blokadada olan Qəzza zolağının müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində son sutka ərzində 20-yə yaxın fələstinli həlak olub, 90-dan çox fələstinli isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib.
“Son 24 saat ərzində İsrail ordusunun sektora hücumları nəticəsində 19 nəfər ölüb, 91 nəfər isə yaralanıb”, - nazirliyin məlumatında bildirilib.
Nazirliyin qeyd etdiyi kimi, sektorda hərbi əməliyyatlar başlayandan bəri İsrailin təcavüzü nəticəsində ölənlərin ümumi sayı 42 519, yaralananların ümumi sayı 99 637 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top