
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şoltsu Dolmabahçe sarayında qəbul edib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, görüşdə regional və qlobal məsələlər müzakirə olunacaq.
Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq münaqişəsi əsas gündəm maddələri arasında olacaq.
Bundan əlavə, Türkiyənin gündəmində olan “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükü də müzakirə olunacaq.
İşçi nahardan sonra iki lider birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, iki lider son dəfə sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında iştirak etmək üçün getdikləri ABŞ-nin Nyu-York şəhərində görüşüblər.