ABŞ Ukraynaya 20 milyard dollar kredit verəcək – FT


ABŞ Prezidenti Co Baydenin administrasiyası Yeddilik Qrupunun (G7) üzvlərinin Ukraynaya vermək niyyətində olduğu ümumi kredit məbləğinin 40%-ni ayırmağa hazırdır.
Yeniavaz.com
“Financial Times”a (FT) istinadla xəbər verir ki, söhbət 20 milyard dollardan gedir.
Bu, Fransa Prezidenti Emmanuel Makronun “Ümumi 50 milyard dollardan Avropa ölkələri 20 milyard dollar, ABŞ 20 milyard dollar, G7-nin qalan üzvləri isə 10 milyard dollar töhfə verəcək” sözləri ilə üst-üstə düşür.
Nəşr onu da yazır ki, vəsaitin necə bölüşdürüləcəyi ilə bağlı rəsmi açıqlama oktyabrın 25-də G7 ölkələrinin maliyyə nazirləri tərəfindən veriləcək.
FT-nin digər mənbəsinə görə, bütün lazımi razılaşmalar hələ əldə olunmayıb və Bayden administrasiyası Konqres üzvləri və Ukrayna rəhbərliyinin nümayəndələri ilə borcun ödənilməsi ilə bağlı məsələləri müzakirə etməyə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top