
“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, “Qarabağ” klubu səfərdə vurulan qol sayına görə yeni rekorda sahib olub.
Bu, Misli Premyer Liqasının X turunda rəsmiləşib.
Tovuzdakı görüşə qədər 645 qol vuran komanda “Kəpəz” üzərindəki 5:0 hesablı qələbə ilə qol sayını 650-yə çatdırıb.
Bununla da “Qarabağ” 647 qol vuran “Neftçi”nin rekordunu geridə qoyub.
461 matça çıxan komandanın rekorda yiyələndiyi 648-ci qolu Leandro Andrade, 650-ci yubiley qolunu isə Aleksey Kaşuk vurub.