Şolts Türkiyədədir


Almaniya Kansleri Olaf Şolts Türkiyəyə səfər edib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Şoltsun Türkiyə Prezident Ərdoğanla görüşəcəyi, daha sonra isə birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Görüşdə Ukrayna və Yaxın Şərq problemi, eləcə də miqrasiya, Avropa İttifaqı (Aİ), ikitərəfli münasibətlər və iqtisadi məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, iki lider son dəfə sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün getdikləri ABŞ-nin Nyu-York şəhərində görüşüblər.

DİGƏR XƏBƏRLƏR

Top