
“İsrail hərbçiləri 24 saat ərzində Livanın cənubunda gedən döyüşlər zamanı “Hizbullah”ın silahlı birləşmələrinin 60-a yaxın üzvünü məhv edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onlar həm yaxın döyüşdə, həm də İsrail Hərbi Hava Qüvvələrinin yerüstü bölmələrinə havadan dəstək verən zərbələr nəticəsində məhv edilib.
Ordu qeyd edib ki, döyüşlər Livanın cənubundakı “Hizbullah”ın hərbi infrastrukturunu hədəf alan məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlər çərçivəsində aparılıb.
Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə kütləvi hava zərbələri endirib.