
37 yaşlı hücumçu və Argentina yığmasının kapitanı Lionel Messi DÇ-2026-da oynamağı planlaşdırıb-oynamayacağı ilə bağlı sualı cavablandırıb.
Yeniavaz.com xəbər verir ki, Messinin sözlərini “Marca” sitat gətirib.
“Hər şey gözlənilmədən baş verir. Mən heç bir şeyin qabağında qaçmıram. Gündəlik həyatdan zövq almağa çalışıram. Zamanı gələndə hər şey görünəcək. Mən şeyləri tələsdirməyi sevmirəm. Ümid edirəm ki, özümü yaxşı hiss etmək və xoşbəxt olmaq üçün bu səviyyədə çıxış etməyə davam edə bilərəm. Mən bu vəziyyətə 2026-cı il dünya çempionatının həmin anına qədər oynayıb-oynamayacağımdan daha geniş şəkildə baxıram”, - Messi deyib.
Xatırladaq ki, DÇ-2026 üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.