Bakı və İrəvana sülh müqaviləsini tamamlamaq üçün “3+3” platformasından istifadə etmək təklif olundu


Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda bu platformanın iştirakçı ölkələrinin XİN başçılarının görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Ermənistan və Azərbaycan arasında münasibətlərdə problemlər qalır. Bu gün biz bu barədə də çox danışdıq. Biz də, Türkiyə və İran da həmkarlarımıza sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdik”, - Lavrov bildirib.
Qeyd edək ki, “3+3” platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur.
Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb.
Əvvəlki iki görüş 2021-ci ilin dekabrında və 2023-cü ilin oktyabrında müvafiq olaraq Moskva və Tehranda keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top