
ABŞ Prezidenti Co Bayden Berlinə səfəri zamanı Almaniyanın ən yüksək mükafatını alıb.
Yeniavaz.com xəbər verir ki, mükafatı ona həmkarı Frank-Valter Ştaynmayer təqdim edib.
Amerika lideri Almaniyanın “Almaniya Federativ Respublikasına xidmətlərinə görə” ordeninin Böyük Xaçının xüsusi dərəcəsi ilə təltif edilib.
Mərasim Berlindəki “Bellevue” prezident sarayında baş tutub. Bayden ordeni alman-amerikan dostluğunun və transatlantik alyansın möhkəmləndirilməsi üçün alıb. Beləliklə, o, Corc Buşdan sonra bu mükafatı alan ikinci ABŞ Prezidenti olub.
Staynmayer ABŞ ilə dostluğun Almaniya üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, Bayden Berlinə oktyabrın 17-də axşam gəlib.