“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi tarixin ən çox mükafat alan futbolçusu kimi mükafata layiq görülüb.
Yeniavaz.com xəbər verir ki, oktyabrın 17-də İspaniyanın “Marca” nəşri 37 yaşlı argentinalıya onun futbol sahəsindəki uğurlarını qiymətləndirərək, xüsusi mükafat təqdim edib.
Mərasim “İnter Mayami”nin Fort Loderdeyldəki ev stadionunda baş tutub. Messi mükafatı “Marca”nın direktoru Xuan İqnasio Qalyardo və Amerika klubunun sahibi Xorxe Masın əlindən alıb.
Qeyd edək ki, Messi 2023-cü ilin yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Bu mövsüm argentinalı Amerika klubunun heyətində 18 matçda iştirak edib, 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Messinin “İnter Mayami” ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.
Ümumilikdə, forvardın 46 komanda mükafatı, həmçinin 56 fərdi mükafatı var.