İsrailin xarici işlər naziri Sinvarın öldürüldüyünü təsdiqlədi – Yenilənib


İsrailin xarici işlər naziri İsrael Katz Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.
“2023-cü il oktyabrın 7-də törədilən qırğından məsul olan Sinvar İsrail ordusu əsgərləri tərəfindən öldürülüb”, - Katz deyib.

***19:21
“DNT nümunələrinin tədqiqi Fələstin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın Qəzza zolağında öldürülməsi faktını təsdiqləyir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Bildirilib ki, bu barədə nəşrə İsrail təhlükəsizlik xidmətlərindəki mənbələr məlumat verib.
“Kan”ın mənbələri qeyd edib ki, Sinvarın kimliyinin təsdiq edilməsi onun keçmişdə İsrail həbsxanalarında saxlanması ilə asanlaşıb.
Yəhya Sinvar Qəzza zolağındandır və HƏMAS-ın qurucularından biridir. O, İsrail həbsxanalarında 22 ildən çox vaxt keçirib və 2011-ci ildə 1027 fələstinli məhbusun 2006-cı ildə Fələstin radikalları tərəfindən girov götürülən İsrail əsgəri Gilad Şalitlə dəyişdirilməsinə dair razılaşma çərçivəsində azad edilib. 2017-ci ildə Sinvar Qəzza zolağında HƏMAS-ın lideri olub və bu il avqustun əvvəlində bütün təşkilatın Siyasi Bürosunun yeni rəhbəri seçildi. O, bu vəzifədə iyulun 31-də Tehranda öldürülən İsmayıl Haniyəni əvəz edib.

***18:01
Dubaydan yayımlanan “Sky News Arabia” mənbəsi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümünü təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, kanalın həmsöhbətinin sözlərinə görə, Sinvar Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşma zamanı öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top