Bu ilin 9 ayında 158 cinayətkar qrup zərərsizləşdirilib


Azərbaycanda bu ilin 9 ayında axtarış elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində (DİN) keçirilən Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, həmçinin, ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.
Bununla yanaşı, 2024-cü ilin 9 ayının yekunlarına görə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.
Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı 2024-cü ilin 9 ayında görülən işlər və profilaktik tədbirlərin effektivliyi də müsbət nəticələrini verib. Hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top