
İsrail qüvvələrinin blokada altındakı Qəzza zolağına təcavüzü nəticəsində son 24 saat ərzində 30-a yaxın fələstinli həlak olub, 90-dan çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrinə hücumları zamanı 29 fələstinli həlak olub, 93 fələstinli yaralanıb”, - məlumatda bildirilib.
Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrail ordusunun bu zolaqda keçirdiyi əməliyyat zamanı Qəzza sakinləri arasında ölənlərin sayı 42 438, yaralananların sayı 99 246 nəfərə çatıb.