“Prezident olsam, Baydenin kursunu davam etdirməyəcəyəm” – Harris


ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından ən yüksək dövlət idarəsinə namizəd Kamala Harris noyabrda keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə, Co Baydenin prezidentlik kursunu davam etdirməyəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində qeyd edib.
“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq və vəzifəyə gələn hər hansı digər prezident kimi mən də öz həyatımı, peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm”, - Harris bildirib.
O, Baydendən fərqli olaraq, karyerasının çoxunun Vaşinqtonda olmadığını izah edib. Vitse-prezident həmçinin özünü “yeni liderlər nəslinin” bir hissəsi hesab etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top