Zaxarova Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatını şərh etdi


“Rusiya, Azərbaycan və Ermənistan liderləri adından yaradılan üçtərəfli işçi qrupu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın Sünik vilayətindən keçən tranzit də daxil olmaqla, dəmir yolu əlaqəsinin blokadadan çıxarılmasının əsas parametrlərini razılaşdırıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə monitorinq funksiyasının Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Zaxarova brifinqdə deyib ki, Rusiya üçtərəfli format çərçivəsində ən yüksək səviyyədə əldə olunmuş razılaşmalardan çıxış edir:
“Ona görə də biz buna alternativ görmürük və bu istiqamətdə işi davam etdirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top