37 yaşlı hücumçu, “İnter Mayami”nin və Argentina millisinin kapitanı Lionel Messi Boliviya ilə matçda het-trik etdikdən sonra milli komandadakı gələcəyini şərh edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
“Milli komanda üçün heç bir müddət təyin etməmişəm. Mən sadəcə olaraq həzz almaq və insanların sevgisini hiss etmək istəyirəm, çünki bilirəm ki, bunlar mənim son matçlarım ola bilər. Mən ili yaxşı başa vurub addım-addım getmək istəyirəm”, - Messi deyib.
Xatırladaq ki, futbolçu 2005-ci ildən Argentina millisində çıxış edir. Milli komandanın tərkibində Messi 2022-ci ildə dünya çempionatında qızıl medal qazanıb.