“Barselona” 17 yaşlı vinger Lamin Yamalla müqaviləni uzadacaq.
Yeniavaz.com xəbər verir ki, “Mundo Deportivo” məlumat yayıb.
Məlumata görə, “Barselona”nın artıq Yamalla şifahi razılığı var.
Gələn yay futbolçu yetkinlik yaşına çatanda onun müqaviləsi 2029/2030 mövsümünün sonuna kimi uzadılacaq.
Qeyd edək ki, gənc futbolçunun müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Xatırladaq ki, Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 11 oyun keçirib. O bu oyunlarda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.