Borel Aİ-nin Ukrayna ilə bağlı xərclərini açıqladı


Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi təchizat üçün artıq 42 milyard avro xərcləyib və yardımın ümumi həcmi 110 milyard avroya çatıb ki, bu da ABŞ-nin yardımını üstələyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Cozef Borel Brüsseldə keçirilən konfransda çıxışı zamanı bildirib.
“Bu günə qədər biz Ukraynaya təkcə hərbi ehtiyaclar üçün 42 milyard avro göndərmişik. İlin sonuna qədər iqtisadi və maliyyə yardımını hesablasaq, bu, artıq 110 milyard avroya çatıb, yəni ABŞ-nin təmin etdiyindən daha çox”, - Aİ diplomatik xidmətinin rəhbəri qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top