Sumqayıt sakini III qrup əlil qadının yardıma ehtiyacı var – Video + Fotolar


Sumqayıt şəhər sakini, III qrup əlil Salmanova Gülnar redaksiyamıza müraciət edib.
G. Salmanova Yeniavaz.com-a müraciətində bildirib ki, ürək xəstəsi olan anası ilə birlikdə Sənaye Məhəlləsi ev 131A ünvanında yaşayır.
Onun sözlərinə görə, anası xəstə olduğu üçün onu tək qoyub işləyə bilmir. 
G. Salmanova deyir ki, evlərində sanitar qovşaq və vanna otağı yoxdur, rütubət var. Bu hal onların həyat şəraitini xeyli ağırlaşdırıb, hətta səhhətlərində yeni problemlərin yaranmasına səbəb olub. Evlərində ən azından hamam-tualet və rütubət probleminin həll edilməsini xahiş edirlər:
“Paltar yuya bilmirik, evdə paltaryuyan var, amma borular tutulub. Üzr istəyirəm çimirik, evin altı su olur. Qışda qar yağanda evə gəlir, evdə iki gödəkcə geyinməyə məcbur oluruq. Kanalizasiyaya qoşulmalar var, ona görə daşır. Evin hər yeri deşikdir, nəmişlikdir. Xahiş edirəm ev barəsində kömək edin”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Hər iki qurumdan ehtiyacı olan ailə ilə bağlı maraqlanıb, məlumat veriləcəyi bildirildi.
Ailənin əlaqə nömrəsi: 050 737 20 74
Ailəyə yardım etmək istəyənlər üçün kart hesabı:
Leo bank: 5411 2498 0723 0961










DİGƏR XƏBƏRLƏR

Top