
Qəzzada davam edən döyüşlər nəticəsində son 24 saat ərzində ən azı 65 nəfər ölüb, 140 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin oktyabr ayından bu yana sektorda İsrailin Qəzzanı atəşə tutması və bombalaması nəticəsində 42 409 fələstinli ölüb, 99 153 fələstinli yaralanıb.
Bombalama zamanı dağılmış binaların dağıntıları altında hələ də ölənlərin çoxunun cəsədlərinin qaldığı və şəxsiyyətinin hələ də müəyyən edilmədiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz