Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri 18% artırılaraq 8,4 milyarda çatdırılacaq


Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 396 milyon 297 min 596 manat olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu məlumat, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.
Bildirilir ki, müdafiə və milli təhlükəsizlik xərcləri aşağıdakı istiqamətləri əhatə edəcək:
- müdafiə qüvvələri - 2 milyard 665 milyon 277 min 196 manat
- milli təhlükəsizlik - 467 milyon 917 min 873 manat
- sərhəd xidməti - 540 milyon 314 min 143 manat
- müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar - 5 milyon 359 min 711 manat
- müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər - 4 milyard 717 milyon 428 min 673 manat
Qeyd edək ki, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə ayrılan vəsaitin 4 milyard 580 milyon manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclənəcək.
Onu da bildirək ki, bu ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 7 milyard 126 milyon 347 min 420 manat olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, müdafiə və milli təhlükəsizlik xərcləri 18,2% və ya 1 milyard 296 milyon 950 min 176 manat artırılır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top