
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xarici ölkələrə 11 milyard dollar dəyərində 17,6 milyon ton xam neft satıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın xaricə satdığı xam neftin 1 tonunun orta gömrük dəyəri 625 dollar (1 barel 84 dollar) olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xam neftin ixracı 11,4% və ya 2,3 milyon ton azalıb.
Xam neft ən çox İtaliyaya və İsrailə satılıb.
Bu ilin ilk 9 ayında İtaliyaya 6,6 milyon, İsrailə isə 2,4 milyon ton neft satılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə İtaliyaya satılan neftin miqdarı 1,4 milyon ton azalıb, İsrailə satılan neftin miqdarı isə 0,4 milyon ton artıb.
Bu il neftin 1 tonu İtaliyaya 633 dollara, İsrailə isə 617 dollara satılıb.
Ötən ilin eyni dövründə İtaliyaya satılan neftin 1 tonu 624 dollar, İsrailə isə 605 dollar olub.
Elnur Əli