İngiltərə millisinin baş məşqçisi məlum oldu


Almaniyalı mütəxəssis Tomas Tuhel İngiltərə yığmasının baş məşqçisi olmağa razılaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 51 yaşlı almaniyalının İngiltərə millisinə baş məşqçi təyinatı bu həftə baş tutacaq.
“The Times”ın məlumatına görə, İngiltərə millisinin yeni baş məşqçisinin maaşı 4,5-5 milyon funt sterlinq olacaq.
O, bu postda Qaret Sautqeyti əvəz edəcək.
Qeyd edək ki, Tuhelin son iş yeri bu il iyunun 30-da tərk etdiyi “Bavariya” klubu olub. Onun rəhbərliyi altında Münhen komandası 2022/23 mövsümündə Almaniya çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top