Xaricdən gətirilən avtomobillərin qiyməti artıb


Bu ilin ilk 9 ayı ərzində Azərbaycana 1 milyard 268 milyon 435,6 min dollar dəyərində 66 min 285 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com
-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19 min 136 dollar (32 min 531 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 16 min 563 dollar (28 min 158 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% və ya 2 min 573 dollar (4 min 374 manat) artıb.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 6 min 598 ədəd azalıb.
İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, ötən ilin ilk 9 ayında xaricdən 10 min 604 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 9 ayında 15 min 710 ədəd hibrid avtomobil gətirilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top