
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 34 milyard 498 milyon 170 min dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 19 milyard 854 milyon 929 min dollarını ixrac, 14 milyard 643 milyon 240 min dollarını idxal təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 4,6 milyard dollar azalıb. Bu dövrdə ixrac 6,6 milyard dollar azalıb, idxal isə 2 milyard dollar artıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb. Belə ki, sentybar ayında idxal ixracı 255,9 milyon dollar üstələyib. Ticarət dövriyyəmizdəki saldo 2020-ci ilin dekabr ayından sonra qeydə alınan ən yüksək mənfi saldo olub.
Elnur Əli