Azərbaycanda buğdanın məhsuldarlığı aşağı düşüb


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 546,2 min hektar sahədən 1 milyon 685,7 min ton buğda yığılıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə buğda əkilən sahənin 99,2%-də yığım başa çatıb.
Məlumat üçün bildirək ki, məhsuldarlıq ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% aşağı düşüb. Belə ki, ötən il hər hektardan 33,8 sentner məhsul yığıldığı halda bu il 30,9 sentner məhsul yığılıb. Nəticədə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında 148,1 min ton daha az buğda yığılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top