
İlon Mask iyul ayından bəri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyən siyasi komitəyə ən azı 75 milyon dollar verib.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Federal Seçki Komissiyasının dərc etdiyi məlumatlar sübut edir.
Vəsaitlər iyulun 3-dən sentyabrın 5-dək bir neçə tranşla köçürülüb. Mask bu müddət ərzində komitənin işini maliyyələşdirən yeganə şəxs olub.
“The Washington Post” nəşri isə öz növbəsində bunun Mask və Tramp arasında siyasi ittifaqın möhkəmlənməsindən xəbər verdiyini bildirib.