Harris “Bloomberg”ə müsahibə verməkdən imtina etdi


ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris seçki proqramının iqtisadi aspektləri ilə bağlı “Bloomberg”ə müsahibə verməkdən imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə agentliyin baş redaktoru Con Mikletveyt məlumat verib.
“Çikaqo İqtisadiyyat Klubu və “Bloomberg” birlikdə vitse-prezident Harrisi iqtisadi planları ilə bağlı müsahibəyə dəvət etdi, ancaq o imtina etdi”, - baş redaktor bildirib.  
Qeyd edək ki, bundan əvvəl amerikalı milyarder və həftəlik “Time” jurnalının sahibi Mark Benioff da Harrisin jurnala müsahibə verməkdən imtina etdiyini bildrimişdi.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top