Bakıda bu yollarda tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 2. Babək prospekti, mərkəz istiqamətində;
 3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
 11. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 12. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
 13. Niyazi küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində;
 14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top