Oktyabrın 17-18-də keçiriləcək sammitdə Aİ dövlət və hökumət başçıları Gürcüstan hökumətinə Tiflisin siyasi kursunu dəyişmədiyi təqdirdə Brüsselin Avropaya inteqrasiyanı dayandıracağına dair siqnal göndərəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə liderlərin görüşü ərəfəsində Brüsseldə jurnalistlərə Aİ nümayəndəsi bildirib.
“Gürcüstandakı vəziyyətlə bağlı yekdil, güclü mesaj olacaq ki, bu mesaj hökumətə deyəcək ki, siz kursunuzu dəyişməsəniz, Avropaya inteqrasiyada heç bir hərəkət olmayacaq”, - nümayəndə deyib.
Xatırladaq ki, Aİ və ABŞ-nin Gürcüstanla münasibətləri bu ölkənin parlamentində may ayında xarici agentlər haqqında qanunun qəbulundan sonra kəskin şəkildə pisləşməyə başlayıb.