İsrail İrana zərbəni razılaşdırdı


İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant İrana hücum metodu və vaxtı barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kan” telekanalı məlumat yayıb.
Materialda İrana qarşı hərəkətlərin gedişi ilə bağlı tam razılıqların əldə edildiyi qeyd olunur:
“Biz həmçinin cavab zərbəsinin vaxtı və gücündən danışırıq. Bununla belə, əməliyyat hələ də Nazirlər Kabinetinin yekun təsdiqini tələb edir”.
Xatırladaq ki, oktyabrın 1-də İran ballistik raketlərlə İsrailə hücum edib. Ümumilikdə 180-ə raket buraxılıb, əksəriyyətinin ələ keçirilməsinə nail olunub. Atışmaya səbəb Fələstin HƏMAS və Livan “Hizbullah” hərəkatının hədəflərinin İsrail tərəfindən məhv edilməsi olub.
Oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin İrana qəfil hücuma hazırlaşdığını bildirib. O, cavab atəşinin son dərəcə dəqiq və dağıdıcı olacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top