Avropanın 37 milli futbol liqası Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) ilə birlikdə FIFA-nı Avropa Məhkəməsinə şikayət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Voetbal International” məlumat yayıb.
Məlumata görə, təşkilatlar müsabiqə təqvimi ilə bağlı FİFA-ya qarşı iddia qaldırıb.
FIFPRO və futbol liqaları hesab edirlər ki, FİFA həm turnir təşkilatçısı, həm də kommersiya tərəfi kimi öz mövqeyindən sui-istifadə edir.
Bu baxımdan 2026-cı ildə futbol üzrə dünya çempionatının genişləndirilməsi və 2025-ci ildə yeni klublararası dünya çempionatının tətbiqi FİFA-nın xeyrinədir. Oyunçular və liqalar qərarların qəbulunda iştirak etmirlər, lakin bu qərarlar onlara birbaşa təsir göstərir.
FIFPRO qeyd edir ki, təqvim həddən artıq doludur və bu, futbolçuların sağlamlığı üçün təhlükə törədir.
Milli futbol liqalarının və FIFPro-nun əsas məqsədi futbolçuları ildə üç-dörd həftəlik məcburi istirahətə göndərməkdir.