Ermənistanda bu il 40-dan çox polis əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan parlamentdə cinayətlə bağlı dinləmələrdə bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları attestasiyadan keçirlər ki, bunun da məcburi tələblərindən biri narkotik testindən keçməkdir.
Yoxlamaların nəticələrinə əsasən, 47 polis əməkdaşı xidmətdən kənarlaşdırılıb.
Daxili işlər naziri onu da qeyd edib ki, son 5 ildə narkotiklərlə əlaqəli cinayətlərin açılması orta hesabla 46,6 faiz artıb.