“Bakı və İrəvana sülh danışıqları üçün platforma təklif etməyə hazırıq” – Tokayev


Qazaxıstan bir daha Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təklif etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidmətinin Astanada səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla danışıqlarının yekunlarına dair məlumatında bildirilib.
“Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib”, - deyə məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top