Azərbaycan əhalisinin sayı açıqlandı – Bu il 96 üçəm dünyaya gəlib


Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 28 min 833 nəfər və ya 0,3% artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 209 min 603 nəfərə çatıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5%, kənd əhalisinin xüsusi çəkisi 45,5%, kişilərin xüsusi çəkisi 49,8%, qadınların xüsusi çəkisi isə 50,2% olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 68 min 129 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10-a düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2%, qız uşaqlarının xüsusi çəkisi isə 46,8% olub.
Körpələrdən 2 252-si əkiz, 96-sı üçəm və 4-ü isə dördəm doğulub. Bu ilin 8 ayı ərzində ölkə üzrə 39 min 684 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6-dan 5,8-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top